Apar – malların daşınması və çatdırılması üçün innovativ həllər təqdim edən yeni logistika şirkətidir. Biz müştərilərimizə yüklərin daşınması, saxlanması və izlənilməsi üçün rahat və əlverişli şərtlər təklif edirik.
Apar “Call-only” prinsipi ilə fəaliyyət göstərir (xidmətlərin sifarişi zəng vasitəsilə). Yaxın gələcəkdə yeni mobil proqramımızla şirkətimiz “mobile-only” prinsipi ilə fəaliyyət göstərməyi planlaşdırır (xidmətlər yalnız mobil proqram vasitəsilə).
Ofislər, anbarlar və digər ənənəvi resurslar şəbəkəsinə pul xərcləmək əvəzinə, biz rahat və effektiv mobil proqramımızın inkişafına sərmayə qoyuruq.
Apar müştərilərinə sərfəli və rəqabətli qiymətlər təklif edir.
Xidmətlərimizdən istifadə etmək üçün sadəcə qaynar xəttimizə zəng edin və sizə lazım olan xidməti rahatlıqla sifariş edin.
Tezliklə yeni tətbiqdə birbaşa olaraq göndərişinizi, sifarişlərin çatdırılmasını izləyə və sifarişlərin vəziyyəti haqqında ətraflı məlumat ala biləcəksiniz.